AXŞAM ELƏMƏK

axşama qədər keçinmək, qalmaq, günü başa vurmaq.

AXİRƏTƏ QOVUŞMAQ
AXŞAMIN DAR VAXTI
OBASTAN VİKİ
Axşam
Axşam günün periodu olub, gündüzün sonunda başlayan və gecənin başlanğıcı ilə üst-üstə düşür. Ümumiyyətlə, günəşin üfüqə yaxın olduğu zaman dövrünü göstərir və mülki, dəniz və astronomik alatoranlıq dövrlərini əhatə edir. Axşamın başladığı və bitdiyi dəqiq vaxtlar subyektivdir və ilin yerindən və vaxtından asılıdır. Gün batmazdan bir az əvvəl son azalan günortanı daxil etmək üçün danışıq dilində istifadə edilə bilər.
Axşam təhsili
Axşam təhsili — təhsillə işi bir arada əlaqələndirən şəxslər üçün təhsil formasının təşkili, fasiləsiz təhsilin tərkib hissəsi. Müəllimin təhsil qrupları ilə təhsil alanlara rahat olan, əsasən axşam saatlarında mütəmadi dərslərin keçirilməsi daimi təhsil prosesinin təşkilini nəzərdə tutur.
Azər Axşam
Azər Şabanov (23 fevral 1973, Qax) — azərbaycanlı aktyor, televiziya aparıcısı. == Həyatı == Şabanov Azər Abdusalam oğlu 1973-cü ildə Qax şəhərində anadan olub. Uşaqlıqdan aktyorluğa meyl göstərən Azər, ailədə bu sənəti seçən yeganə adam olduğunu bildirir. Azərbaycan Dövlət İncəsənət Universitetini bitirib. Aktyor 2 dəfə ailə həyatı qurub. Uğursuz olan birinci evliliyindən, Cavidan adlı gənc oğlu var. İkinci evliliyindəndə Ərcan adlı oğlu var. O, 20 iyun 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir. == Televiziya fəaliyyəti == Lider TV-də Teletime verilişi ilə məşhurlaşan aktyor Milyonçu verlişində aparıcılığını etmişdi. Azər Axşam həmçinin ATV və Xəzər TV-də də işləyib.
Axşam yarasası
Axşam yarasası (lat. Nyctalus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinə aid heyvan cinsi.
Axşam ovqatı (Buqro)
Axşam Ovqatı (ing. Evening Mood, fr. Humeur Nocturne) — Vilyam Buqro tərəfindən 1882-ci ildə çəkilmiş alleqorik rəsm əsəri. Əsər hazırda Kubada, Havanna İncəsənət Muzeyində sərgilənir.
Kiçik axşam yarasası
Kiçik axşam yarasası (lat. Nyctalus leisleri) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin axşam yarasası cinsinə aid heyvan növü. Orta böyüklükdə olan yarasalardır. Bədənin uzunluğu 58–72 mm, bazu sümüyünün uzunluğu 42–46 mm, çəkisi isə 16 qramdır. Bədənin üst tərəfinin xəzi açıq rəngdədir. Bel və qarın nahiyəsini örtən tüklərin xarakter xüsusiyyəti onların ikirəngli olmasıdır. == Yayılması == Avropanın enliyarpaqlı meşə zolaqlarında (İngiltərə və İrlandiyadan Orta Pevoljeyə və Qafqaza qədər) yayılmışdır. Areallarının şimal sərhəddi Novqorod, Yaroslav, Penza və Saratov vilayətlərindən, cənub sərhəddi isə Krımdan və Qərbi Zaqafqaziyadan keçir. Azərbaycanda yeganə tapıntı A. P. Kuzyakin tərəfindən 1939-cu ilin 3 sentyabrında Qusarda əldə edilmişdir. == Yaşayış yeri və həyat tərzi == Meşələr və parklar onların biotopları, yarpaqlı ağacların dairəvi formalı koğuşları isə əsas sığınacaqları hesab edilir.
Kürən axşam yarasası
Kürən axşam yarasası (lat. Nyctalus noctula) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin axşam yarasası cinsinə aid heyvan növü. Xəzi qəhvəyi-kürən rəngdə olan iri yarasadır. Kütləsi 23,0–40,0 q, bədəninin uzunluğu 67,0–80,0 mm-ə, bazusunun uzunluğu 51,0–56,0 mm-ə çatır. == Yayılması == Avropada, Şimali Afrikada, Asiyada yayılmışdır. Azərbaycanın bütün ərazisində meşə landşaftlarında və orada yerləşən yaşayış məntəqələrində rast gəlinir. Dəniz səviyyəsindən 1000 m-dək hündürlükdə yerləşən ərazilərdə tapılmışdır. == Yaşayış yeri və həyat tərzi == Azərbaycanın qərbində oturaq, şərqinsə isə Rusiyanın Şərqi Avropa vilayətlərində (çox güman ki, Volqa boyunda) yaylayan köçəri populyasiya təmsil olunmuşdur. Xəzəryanı ovalıqlarda ilk baharda nisbətən bol olan axşam yarasalarının sayı mayın 2-ci yarısından sonra kəskin şəkildə azalmışdır. Axşam yarasalarının sığınacaqları həm koğuşlar, həm də tikililərlə bağlıdır. Çox vaxt, xüsusən Tuqay meşələrində ağyarpaq qovaqların gövdəsindəki boşluqlarda məskunlaşırlar.
Axşam konserti (film, 1948)
Axşam konserti qısametrajlı sənədli filmi rejissor Muxtar Dadaşov tərəfindən 1948-ci ildə çəkilmişdir. Film Bakı Kinostudiyasında istehsal edilmişdir. Film Azərbaycan incəsənət ustalarının konsert proqramı ilə çıxışlarına həsr olunmuşdur. == Məzmun == Film Azərbaycan incəsənət ustalarının konsert proqramı ilə çıxışlarına həsr olunmuşdur. Burada Bülbül, Niyazi, Qəmər Almaszadə, Əfrasiyab Bədəlbəyli, Əminə Dilbazi, Qara Qarayev, Nəcibə Məlikova, İsmayıl Dağıstanlı və başqalarını görürük.
Bir axşam... (film, 1985)
Bir axşam... qısametrajlı cizgi filmi rejissor Firəngiz Qurbanova tərəfindən 1985-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdəki hadisələr adi bir otaqda, 8 yaşlı qız uşağının gözləri önündə baş verir. == Məzmun == Filmdəki hadisələr adi bir otaqda, 8 yaşlı qız uşağının gözləri önündə baş verir. Bu, sərxoş bir məclisin kiçik ailənin rahatlığının, ana-bala dünyasının istiliyinin pozulmasını böyük inandırıcılıqla göstərən poetik, emosional bir filmdir. Özünəməxsus üslub həlli, müvəffəqiyyətli musiqi sərxoşluq və alkoqolizm əleyhinə olan bu filmin ictimai pafosunu bir az da qüvvətləndirir. == Film haqqında == Burada aktyor oyunları və rəsmlərlə qurulmuş səhnələr vardır. Film cizgi, qarışıq, ekler filmidir. == Rollarda == Elnarə Cəfərova — qız Nuriyyə Əhmədova — ana Həmidə Ömərova — qonaq Gülşən Qurbanova — qonaq Rəfael Dadaşov — qonaq Azad Dadaşov — ovçu == Festival və mükafat == 1986-ci ildə Alma-Atada XI Ümumittifaq kinofestivalında filmə aktual mövzunun orijinal həllinə görə münsiflər heyətinin xüsusi prizi verilib.